27.09.2022
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Qubadlı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları Anım Günü ilə əlaqədar 44 günlük Vətən müharibəsinin şəhidi Məhəmmədəli Hörmət oğlu Həsənzadənin ailəsini ziyarət ediblər. Şəhidin ailəsi ilə görüş zamanı onun xoş xatirələrindən danışılıb. Muzeyin direktoru Vaqif Babayev bildirib ki, şəhidlərin ailəsini yad etmək, onları unutmamaq hər birimizin borcudur. Kollektiv tərəfindən şəhidin ailəsinə maddi və mənəvi dəstək göstərilib.
Qəhrəmanımız Xocavənd rayonu ətrafında gedən döyüşlərdə şəhid olub, Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!