Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid və qazi övladları ilə görüş keçirilib

21.09.2022

Sentyabrın 21-də Sumqayıt Şəhər Poeziya evində Sumqayıt Regional Mədəniyyət İdarəsinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin və “Leyla Babazadeh Fashion School”un birgə təşkilatçılığı ilə şəhid və qazi övladları ilə görüş təşkil olunub.

Görüşdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Tərlan Hacızadə şəhid övladlarını yeni dərs ili münasibətilə təbrik edib, onlara müvəffəqiyyətlər arzulayaraq, 44 günlük Vətən savaşında qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsinin daim əziz tutulduğunu, onların bizə yadigar qoyduğu əmanətlərin hər zaman diqqət mərkəzində saxlanıldığını qeyd ediblər. Həmçinin, müharibə zamanı rəşadətlə vuruşaraq Qazi adını qazanan igidlərimizə can sağlığı arzulanıb.

Sonda “Leyla Babazadeh Fashion School”un rəhbəri xanım Leyla Babazadə şəhid və qazi övladlarına 20 ədəd məktəbli dəsti hədiyyə edib.