21.09.2022
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzinin Şəhər Mədəniyyət evinin kollektivi Vətən müharibəsində şəhid olan Elmar Şirzad oğlu Nəsibovun anadan olmasının 35-ci il dönümünə həsr edilən “Şanlı tariximizin qəhrəmanı” adlı ədəbi-bədii gecə keçirilib. Gecədə şəhidin həyat və döyüş yolu haqqında geniş məlumat verilib.
Tədbirdə şəhidin ailə üzvləri, sinif və döyüş yoldaşları, şəhid anaları, mədəniyyət işçiləri eyni zamanda digər qonaqlar iştirak ediblər.
Sonra qəhrəmanımızın döyüş yoldaşı və Şəhid Ailələri və Veteranlarının Müdafiə İctimai Birliyinin sədr müavini Ramin Şirinov, Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşı, “Şəhid Analarına Dəstək İctimai Birliyinin sədri şəhid Əbdülməcid Axundovun anası Ceyran Axundova çıxış ediblər.
Gecənin bədii hissəsində Zaur Yusiflinin ifasında “Şəhid anası” şeiri səslənib, “Ananın oğula məktubu” kompozisiyası nümayiş olunub.
Tanınmış müğənni və bəstəkar Arif Səlimovun, Anar Bayramovun, İlkin Əlizadənin ifasında vətənpərvərlik ruhunda mahnılar ifa olunub. Sonda şəhidin şəkillərindən ibarət sərginin qarşısında ailə üzvləri ilə birlikdə xatirə şəkilləri çəkilib.