Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid ailələri ziyarət edilib

19.09.2022

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Niyazi adına Şuşa Şəhər Uşaq İncəsənət Məktəbinin kollektivi 44 günlük Vətən müharibəsinin şəhidi leytenant Nurlan Nadir oğlu Həsənov və mayor Səyavuş Hümbət oğlu Kəlbalıyevin ailəsini ziyarət edib.

Ziyarət zamanı şəhidlərin keçdiyi döyüş yolundan danışılıb və onlardan xatirə qalan foto şəkillərə baxış keçirilib. Kollektiv həmçinin qəhrəmanın ailəsinə maddi və mənəvi dəstək göstərib. Sonda şəhidlərin valideyinləri şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Ölkə Başçısına minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!