Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaq Musiqi Məktəbinin şagirdləri müsabiqədə uğur qazanıblar

07.09.2022

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Q.Qarayev adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri avqust ayında Heydər Əliyev fondunun dəstəyi ilə Fransada onlayn formatda keçirilən 17-ci beynəlxalq müsabiqədə bir sıra nailiyyətlər qazanıblar. Fortepiano ixtisası üzrə 5-ci sinif şagirdi Aysu Mehman qızı Məmmədzadə 3-cü yerə, 3-cü sinif şagirdi Atilla Aqil oğlu Quliyev isə “Gənc istedadlar” diplomuna layiq görülüblər.

Şagirdləri müsabiqəyə müəllimləri Esmira Əliyeva hazırlayıb.