Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid Elçin Hüseynovun mövlud gününə həsr olunan xatirə gecəsi keçirilib

06.09.2022

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Nəriman Nərimanov adına Mədəniyyət  Mərkəzində Vətən müharibəsi şəhidi Elçin Hüseynovun mövluduna həsr olunan “Vətənə fəda edilən omür” adlı xatirə gecəsi keçirilib. Gecədə şəhidin ailə üzvləri, döyüş yoldaşları, şəhid anaları, mədəniyyət işçiləri və digər qonaqlar iştirak ediblər. Tədbirdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşı, “Şəhid Analarına Dəstək” İctimai Birliyinin sədri, şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova, Sumqayıt şəhər İcra Hakimiyyəti Vətən  Müharibəsi İştirakçıları və Şəhid Ailələri İşinin Təşkili şöbəsinin əməkdaşı, qazi Zaur Süleymanlı və Sumqayıt Dövlət Texniki Kollecinin müəllimi Mehman müəllim və şəhidin anası Mətanət xanım çıxış ediblər. Gecənin bədii hissəsində xanəndə  Məlahət Hacıyeva, Aydan Salahova və Həzi Aslanov adına Zabitlər evinin əməkdaşları Leyla Əliyeva, İlkin Məmmədovun ifalarında vətənpərvərlik ruhunda mahnılar səslənib. Sonda şəhidin şəkillərindən ibarət sərginin qarşısında ailə üzvləri ilə xatirə şəkilləri çəkilib. Allah şəhidlərimizə rəhmət eləsin!