Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Abşeron Rayon Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbinin şagirdi uğur qazanıb

02.09.2022

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Abşeron rayon Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbinin xoreoqrafiya sinfində təhsil alan IV sinif şagirdi Aylin Radik qızı Binnətova 2022-ci il 18-30 avqust tarixlərində "Astana Stars" Beynəlxalq Festival Hərəkatının rəhbərliyi ilə keçirilən "GRAND VİKTORİYA" Beynəlxalq onlayn incəsənət müsabiqəsində iştirak edib və I dərəcəli Laureat adına layiq görülüb. Şagirdi müsabiqəyə ixtisas fənni üzrə müəllimi Sevinc Məhərrəm qızı İmanova hazırlayıb. S.İmanova Təşəkkürnamə ilə təltif olunub.