Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi müşavirə keçirib

02.09.2022

Sumqayıt Şəhərinin Tarixi Muzeyində Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyevin iştirakıyla tabeli müəssisə rəhbərlərinin müşavirəsi keçirilib.

İdarəyə tabeli bütün müəssisə rəhbərlərinin iştirakıyla keçirilən iclasda Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev yeni iş mövsümünün və tədris ilinin başlanması münasibətilə müşavirə iştirakçılarını təbrik edərək Mədəniyyət Nazirliyinin rəhbərliyi tərəfindən keçirilən müşavirə zamanı regional idarələrin rəislərinə verilən tövsiyə və tapşırıqları müəssisə rəhbərlərinin diqqətinə çatdırıb. 

İdarə rəisi artıq cari ildən hər bir müəssisənin iş effektivliyinin Əsas Effektivlik Göstəriciləri (KPİ) üzrə dəyərləndirildiyini bildirərək, müəssisələrin qarşısına qoyulan məqsəd və hədəflərə çatma dərəcəsinin müəyyən edilməsi üçün aparılacaq monitorinq və təhlillərdən, bu müddət ərzində görülmüş işlərdən, nöqsan və çatışmazlıqlardan danışıb.

O, mədəniyyət müəssisələrinin fəaliyyətinin müasir dövrün tələbləri əsasında qurulması, tabeli müəssisələrdə işə davamiyyət, şəffaflıq və səmərəliliyin artırılması, təcrübə mübadiləsinin aparılması və digər aktual məsələlərə diqqətin artırılmasının vacibliyini vurğulayıb.

Bütün dünyada olduğu kimi ölkəmizdə də sosial şəbəkələrə marağın gündən-günə  artdığını bildirən R.Əliyev bu kontentlərin dövlət səviyyəsində yüksək qayğı ilə əhatə olunan Azərbaycan mədəniyyətinin təbliğinə geniş imkanlar açdığını deyib.

Həmçinin R.Əliyev bütün müəssisələrdə mətbuatla işin təkmilləşdirilməsi, sosial şəbəkələrin imkanlarından düzgün istifadə etməklə maarifləndirmə və təbliğat fəaliyyətinin sistemli və əlaqəli şəkildə həyata keçirilməsiylə bağlı tapşırıq və tövsiyələrini verib.