Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətən müharibəsi şəhidi anılıb

24.08.2022

Avqustun 16-da Qubadlı Rayon Nümayəndəliyi tərəfindən Sumqayıt şəhər Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi Vüsal Allahverdiyevin anım mərasimi keçirilib. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev və digər məsul işçiləri, YAP-nın Qubadlı Rayon Təşkilatının sədri Təhmasib Rüstəmov, şəhidin ailə üzvləri, rayon ictimaiyyəti işirak ediblər. Aparıcı şəhidin keçdiyi şərəfli həyat yolu haqqında geniş məlumat verib, vətənimizin azadlığı uğrunda canlarından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım mərasimində Mədəniyyət evinin hazırladığı kompozisiya və şeirlər söylənilib.

Çıxış edənlər şəhidin ruhuna dualar oxuyub, ailəsinə Allahdan səbr diləyiblər.