10.08.2022
Qubadlı Rayon Nümayəndəliyi tərəfindən I Qarabağ müharibəsində Qaracallı kənd inzibati ərazi dairəsi üzrə şəhid olan 9 nəfər hərbçinin, Milli qəhrəman Bəylər Tapdıq oğlu Ağayev, Qabil Oruc oğlu Quliyev, Şirin Tapdıq oğlu Ağayev, İlham Əhməd oğlu Əliyev, Vidadi Ağalar oğlu İsmayılov, Savalan Əmir oğlu Eminov, Babək Tapdıq oğlu Cəfərov, Şirin Əhməd oğlu Şirinov, Aslan Şəmil oğlu İsmayılovun xatirə baralyefinin açılışına həsr olunan tədbir keçirilib. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavinləri Allahverdi Haqverdiyev, Xoşqədəm Alıyeva və digər məsul işçiləri, YAP-nın Qubadlı Rayon Təşkilatının sədri Təhmasib Rüstəmov, şəhidin ailə üzvləri, rayon ictimaiyyəti işirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb, Aparıcı şəhidlərin keçdiyi şərəfli həyat yolu haqqında geniş məlumat verib, vətənimizin azadlığı uğrunda canlarından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Qubadlı Rayon Vasili Əliyev adına Mədəniyyət evi və Mahmudlu Kənd Mədəniyyət evinin hazırladığı kompozisiya, şeirlər söylənilib. Çıxış edənlər şəhidlərin döyüş yoldaşları, ailə üzvləri, müəllimləri onlar haqqında xoş xatirələrini bölüşüblər.
Qeyd edək ki, 9 nəfər hərbiçimiz Laçın uğrunda Səfiyan, Türkə, Fərcan, Xanalı kəndlərində döyüşmüş sonda Suarası kəndində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olmuşlar.
Allah bütün şəhidlərə rəhmət eləsin!