Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qubadlı rayon məktəbinin şagirdi Beynəlxalq müsabiqədə uğur əldə edib

20.07.2022

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Qubadlı rayon F.Hüseynov adına Mahmudlu kənd Uşaq Musiqi Məktəbində təhsil alan Elcan Ruslan oğlu Soltanov Qazaxıstanın Nursultan şəhərində onlayn formatda keçirilən “EUROPE-ASİA” adlı III Beynəlxalq vokal-instrumental müsabiqəsində II dərəcəli diploma layiq görülüb.

Müsabiqədə şagirdin uğurlu çıxışına görə müəllimləri Həvəs Bayramova və konsertmeyster Tahirə Kərimova Təşəkkürnamə ilə təltif olunub.