Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qubadlı Rayon Nümayəndəliyi tərəfindən anım tədbiri keçirilib

18.07.2022

İyulun 16-da Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Qubadlı Rayon Nümayəndəliyi tərəfindən II Fəxri Xiyabanda Qubadlı rayonundan olan, Vətən müharibəsinin şəhidi mayor Elçin Bayram oğlu Alıyevin anım mərasimi keçirilib.

Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev və digər məsul işçilər, şəhidin ailə üzvləri, rayon ictimaiyyəti işirak ediblər. Vətənimizin azadlığı uğrunda canlarından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra aparıcı şəhidin keçdiyi şərəfli həyat yolu haqqında geniş məlumat verib.

Sonra Mədəniyyət evinin hazırladığı kompozisiya nümayiş olunub, şeirlər söylənilib.

Qeyd edək ki, mayor Elçin Alıyev ailəli idi, 3 övladı var.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən şəhidimiz ölümündən sonra “Vətən Uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!