Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaq Musiqi Məktəbinin şagirdləri müsabiqədə uğurlu çıxışlar nümayiş etdiriblər

13.07.2022

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Qubadlı rayon F.Hüseynov adına Mahmudlu kənd Uşaq Musiqi Məktəbinin şagirdəri Qazaxıstanın Nursultan şəhərində onlayn formatda keçirilən “EUROPE-ASİA” adlı III Beynəlxalq vokal-instrumental müsabiqədə müxtəlif dərəcəli diplomlara layiq görülüblər.

Məktəbin qarmon şöbəsinin 1-ci sinif şagirdi Zümrüd Balakişiyeva Ramil qızı və 5-ci sinif şagirdi Fatimə Salmanova Zaur qızı II dərəcli, fortepiano şöbəsinin 3-cü sinif şagirdi Mənsə İbrahimli Murad qızı isə I dərəcəli diploma layiq görülüblər.

Müsabiqədə şagirdlərin uğurlu çıxışlarına görə müəllimləri Kamilə Əliyeva ,Ramil Balakişiyev və konsertmeyster Günel İsgəndərova Təşəkkürnamə ilə təltif olunub.