Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbinin şagirdləri nailiyyət əldə ediblər

13.07.2022

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Abşeron rayon Ceyranbatan qəsəbə Uşaq İncəsənət məktəbinin fortepiano şöbəsinin şagirdləri "Astana Stars" Beynəlxalq Festival Hərəkatının rəhbərliyi ilə keçirilən "Adajio" Qazaxıstan-İtaliya-III Beynəlxalq Vokal-instrumental onlayn müsabiqədə iştirak ediblər. İştirakçılardan 4-cü sinif şagirdi Aysu Natiq qızı Xudiyeva "Qran Pri.", 2-ci sinif şagirdi Günel İlqar qızı Pirmuradova I dərəcəli Laureat və 1-ci sinif şagirdi Leyla Ələsgər qızı Əsgərova II dərəcəli Laureat adına layiq görülüblər.  

Şagirdləri müsabiqəyə ixtisas fənni üzrə müəllimləri Ellada Elxan qızı İsmayılova, Yeganə Yusif qızı Həsənova və Ülviyyə Əliyar qızı İmammərdili hazırlayıblar.