Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xızı rayon nümayəndəliyinin təşkilatçılığı ilə hərbi hissədə bayram tədbiri keçirilib

10.07.2022

İyulun 10-da Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyinin təşkili ilə rayonda yerləşən N saylı hərbi hissədə Qurban bayramı ilə əlaqədar tədbir təşkil olunub. Bayram tədbirini giriş sözü ilə açan Xızı rayon Mikayıl Müşfiq Muzeyinin direktoru Orxan Əzimov hərbi hissənin şəxsi heyyətinə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, Xızı rayon nümayəndəliyinin kollektivi adından təbriklərini çatdırıb. Sonra Xızı rayon Uşaq Musiqi Məktəbinin direktoru Vəli Şıxəlizadə çıxış edərək Vətənin igid oğullarını bayram münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.

Tədbir “Xızı dağları” ansamblının musiqili çıxışları ilə davam edib.

Bir-birindən rəngarəng Vətən nəğmələri və əsgərlərin oynaq, şux mahnılara qatılaraq ifa etdikləri rəqslər alqışlarla qarşılanıb.