Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid Gülverdi Qasımovun ailəsi ziyarət edilib

10.07.2022

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Abşeron Rayon Qobu qəsəbə Sənətkarlıq evinin kollektivi şəhid Gülverdi Abil oğlu Qasımovun ailəsini ziyarət edib. Kollektiv qəhrəmanımızın ailə üzvlərinə maddi və mənəvi dəstək olub. Qasımov Gülverdi Abil oğlu 15 noyabr 1997-ci ildə Abşeron Rayon Qobu qəsəbəsində dünyaya göz açıb. Gülverdi 2020-ci il sentyabrın 27-də Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şəhidimiz oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub, Qobu qəsəbəsində dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən şəhid Gülverdi “Vətən uğrunda”, 24.12.2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, 25.12.2020-ci il Sərəncamına əsasən isə “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah şəhidlərimizə rəhmət eləsin!