08.07.2022
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Cəfər Cabbarlı adına Xızı rayon Mədəniyyət Mərkəzinin Şorabad qəsəbə Sənətkarlıq evində fəaliyyət göstərən rəsm kursunun şagirdi Aylin Yarbala qızı Zeynallı Təhsil Nazirliyi tərəfindən məktəblilər arasında keçirilən "Könlüm keçir Qarabağdan" adlı Respublika müsabiqəsində "təsviri incəsənət" nominasiyası üzrə 1-ci yerlə, Fidan Teyyub qızı Babayeva isə 2-ci yerlə təltif ediliblər. Respublika birincisi və ikincisi olan şagirdlər Xızı rayonunda Təhsil Nazirliyinin nümayəndəsi tərəfindən rəsmi olaraq mükafatlandırılıblar.
Qeyd edək ki, qaliblərimizin Şuşada Təhsil Naziri Emin Əmrullayevlə rəsmi görüşü baş tutub.
Şagirdləri müsabiqəyə müəllimi Ramin Allahverdiyev hazırlayıb.