06.07.2022
30 iyun 2022-ci il tarixində Xızı rayonunun Heydər Əliyev parkında Xızı Rayon İcra Hakimiyyətinin, Sumqayıt Regional Mədəniyyət İdarəsinin və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Yay Fest” adlı tədbir baş tutub. Tədbir səhər saat 11:00-dan etibarən başlanılıb.
Tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, Milli Məclisin deputatı Müşfiq Məmmədli, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, 500-dən çox şagird, valideyn və idarələrin işçiləri iştirak edib.
İlk növbədə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
Sonra iştirakçılar şagirdlər tərəfindən hazırlanmış sərgiyə baxış keçiriblər. Burada müxtəlif növ intelektual və əyləncəli oyunlar, ustad dərsləri, muğam nömrələri, bədii gimnastika, rəsm və toxuculuq işləri vasitəsilə şagirdlərin istedad və bacarıqları nümayiş olunub.
Tədbir rəngarəng musiqi nömrələri ilə davam edib.