29.06.2022
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli, Abşeron Rayon Mehdiabad qəsəbə Uşaq Musiqi Məktəbinin qarmon ixtisası üzrə 2-ci sinif şagirdi Hüseyn Məmmədov Türkiyə və İsveçrənin birgə layihəsi olan 4- cü Beynəlxalq "CA ACCORD" onlayn musiqi müsabiqəsinə qatılaraq 2-ci yerə layiq görülüb.
Müsabiqədə görkəmli Azərbaycan bəstəkarı, ictimai xadim Polad Bülbüloğlunun “Şən Azərbaycan" mahnısını ifa edən H.Məmmədov uğurlu çıxışına görə diplomla təltif edilib.
Şagirdin əldə etdiyi nailiyyətə görə məktəbin qarmon ixtisası üzrə müəllimi Anar Niftullayevə "Təşəkkürnamə" təqdim olunub.