Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Abşeronda Silahlı Qüvvələr Günü ilə bağlı qazilərlə görüş keçirilib

29.06.2022

İyunun 26-da Abşeron rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Xırdalan şəhərində qazilərlə görüş keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan tədbirdə vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra incəsənət xadimlərinin ifasında bir-birindən maraqlı musiqilər səsləndirilib. Görüş bayram süfrəsi arxasında davam etdirilib.