29.06.2022
Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Şuşa rayon Mədəniyyət evi, Şuşa rayon Malıbəyli kənd Mədəniyyət evi və YAP 37 nömrəli ərazi partiya təşkilatçılığı ilə birlikdə şəhid, Osman Natiq oğlu Manafovun ailəsini ziyarət ediblər.
44 günlük Vətən Müharibəsi zamanı Cəbrayıl, Füzuli, Zəngilanda xüsusi xidməti olan şəhidimiz oktyabrın 10-da Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Bir oğul övladı yadigar qalıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” medalı, “Xocəvəndin azad olunmasına görə” medalı ilə təltif olunub.
Kollektiv şəhidimizin ailəsi ilə övladları haqqında söhbət edib, onların dərdinə şərik olmağa çalışaraq, maddi və mənəvi dəstək göstəriblər.
Vətənin sağ olması üçün, ərazi bütövlüyümüzün bərpası üçün, bayrağımızın əbədi ucalıq qazanması, Azərbaycanımızın canlanması üçün ömrünü fəda edən şəhidlərimizin ruhuna ehtiramımız əbədidir.