Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Silahlı Qüvvələrin yaranması gününə həsr olunan konsert keçirilib

29.06.2022

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzinin Şəhər mədəniyyət evi Yaşmada yerləşən “N” saylı hərbi hissədə 26 İyun Azərbaycan Silahlı Qüvvələrinin yaranması gününə həsr olunan “Vətən mənə oğul deyir” adlı bayram konserti keçirib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Aparıcılar Azərbaycan Silahlı Qüvvələrinin tarixindən, ordumuzun 2020-ci il II Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan danışıblar.

Mədəniyyət evinin əməkdaşları müğənnilər Zaur Yusifli, Elvin Məmmədli, Əlipaşa Paşayev, Əvəz Səlimov, “Veteranlar“ xalq xoru vətənpərvər ruhlu mahnılar, Sveta Aslanova isə hind mahnısı ilə hərbiçilər qarşısında çıxış ediblər.

Sonda Şəhər Mədəniyyət evinin rəhbəri və kollektivin üzvləri hərbi hissə komandanlığı tərəfindən Fəxri Fərmanla təltif olunublar.