Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sumqayıt şəhərinin Dənizkənarı Bulvarında müğənni Sevda Kazımovanın solo konserti keçirilib

10.07.2018

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə şəhər əhalisinin mədəni-asudə vaxtının səmərəli keçirilməsi məqsədilə şənbə və bazar günləri Sumqayıt şəhərinin Dənizkənarı Bulvarında silsilə konsert proqramları təşkil edilir.

Bu məqsədlə Sumqayıt şəhər C.Cabbarlı adına mədəniyyət evi müğənni Sevda Kazımovanın Sumqayıt bulvarının konsert meydançasında solo konsertini təşkil edib.

Sevda Kazımova doğulub böyüdüyü Sumqayıt şəhərində solo konsertdən məmmunluğunu bildirib. 

Mügənninin ifasında səslənən Azərbaycan və xarici estrada mahnıları konsertə gələn şəhər əhalisi tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

“Turan”milli rəqs qrupunun üzvlərinin ifasında “Dağlar gözəli”,  “Dilşadi” rəqsləri konsertə xüsusi rəng qatıb.

 

 

 

Sumqayıt Regional Mədəniyyət İdarəsinin

Mətbuat xidməti