24.06.2022
İyunun 24-də Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində xoreoqrafiya sənəti üzrə ustad dərsi keçirilib. Ustad dərsində Bakı Xoreoqrafiya Akademiyasının müəllimləri əməkdar artist Elçin Allahverdiyev və Prezident təqaüdçüsü Çinarə Quliyeva iştirak edib. Dərsdə Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbi, Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi, Ə.Bakıxanov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi, N.Nərimanov adına Mədəniyyət Mərkəzi, Dostluq Mədəniyyət evi və C.Cabbarlı adına Mədəniyyət evinin müəllim və şagirdləri iştirak ediblər.