Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaq İncəsənət Məktəbinin şagirdləri müsabiqədə nailiyyət əldə edib

20.06.2022

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdləri Qazaxıstan və Türkiyədə onlayn formatda keçirilən Beynəlxalq çoxjanrlı "Borphorus festival" müsabiqəsində iştirak ediblər. Şagirdlərdən Rəfiqə Muradova, Nicat Səfərov, Fəqan İbrahimov, Səid Ağazadə, Elvin Məmmədli II dərəcəli laureat adını qazanaraq diplomla mükafatlandırılıblar.

Şagirdləri müsabiqəyə Aynurə Məlikova hazırlayıb.