16.06.2022
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Sumqayıt Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Sumqayıt şəhər Heydər Əliyev parkında tətbiqi sənət ustalarının əl işlərindən ibarət satış-sərgisi keçirilib. Sərgidə 20 tətbiqi sənət ustasının 500-ə yaxın əl işi nümayiş olunub. Tədbirdə Azərbaycan Respublikası Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, şair, publisist Əkbər Qoşalı, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəis müavini İlham Əhmədov, Sumqayıt Əli Kərim adına Poeziya evinin direktoru İbrahim İlyaslı, ziyalılar, rəssamlar, şəhər sakinləri və KİV nümayəndələri iştirak ediblər.
Satış-sərgi Sumqayıt sakinləri tərəgindən maraqla qarşılanıb.