Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xızı rayonunda Qurtuluş günü qeyd olunub

16.06.2022

Xızı Rayon İcra Hakimiyyətinin dəstəyi və Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyinin təşkilatçılığı  ilə 15 iyun Milli Qurtuluş gününə həsr olunan “Tariximizin qurtuluş anı” adlı tədbir təşkil edilib. Tədbirdə İcra Hakimiyyətinin, idarə və təşkilatların nümayəndələri, rayon sakinləri iştirak ediblər. Aparıcıların Milli Qurtuluş gününə həsr edilən, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan bu gün haqqında, bu tarixi yaradan Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan ulu öndər Heydər Əliyev haqqında çıxışları və şeirləri, Xızı rayon Uşaq musiqi məktəbinin müəllim kollektivindən ibarət “Xızı dağları” ansamblının bir-birindən maraqlı ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.  Müğənnilərin ifasında “Azərbaycanım”, “Kəndimiz”, “Azərbaycan oğluyam”, “Xızı dağları”, “Yaşa Azərbaycan” və başqa mahnılar səsləndirilib.