14.06.2022
Sumqayıt şəhər Nəsimi parkında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə “KOB Fest” sərgi-satış yarmarkası təşkil edilib. Qeyd edək ki, beşinci dəfə Sumqayıtda təşkil olunan yarmarkada KOB subyektivləri tərəfindən istehsal edilən qida və qeyri qida məhsulları, həmçinin sənətkarların və yaradıcı şəxslərin əl işləri nümayiş olunub. Ümumilikdə 300-dən çox mikro və kiçik sahibkarlıq subyekti məhsul və xidmətlərini təqdim edilib. Tədbirin əvvəlində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Millət vəkili Müşviq Məmmədli, Sumqayıt Regional Mədəniyyət İdarəsinim rəisi Rəşad Əliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək Sumqayıtda olan kiçik və orta biznes subyektlərinin istehsal etdiyi məhsulların tanıdılması, həmçinin satışına dəstək baxımından yarmarkanın nə qədər əhəmiyyətli olduğunu vurğulayıblar. Eyni zamanda festivalda Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzinin “Dostluq” və Şəhər mədəniyyət evində fəaliyyət göstərən özfəaliyyət kollektivləri mədəni-əyləncəli proqramla çıxış ediblər.