11.06.2022
Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən, Abşeron Rayon Mehdiabad qəsəbə Uşaq Musiqi Məktəbinin fortepiano şöbəsinin müdiri İradə İsayeva, şöbə üzrə ixtisas müəllimləri Cəmilə Rüstəmova və Mehriban Hüseynovanın şagirdlərindən ibarət sinif konserti keçirilib.
Konsertin proqramına şagirdlər tərəfindən görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Tofiq Quliyev, Vasif Adıgözəlovun və xarici bəstəkarlardan Lüdviq Van Bethoven, Dimitri Şestakoviç və İvanovun əsərləri ifa olunub.