11.06.2022
Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan televiziyasının dəstəyi ilə keçirilən 8-ci “Muğam” müsabiqəsinin növbəti dinləməsi Xırdalan şəhərində təşkil olunub.
Müsabiqədən öncə münsiflər heyəti Ulu Öndərin büstü önünə gül dəstələri düzüb.
Dinləmədə kiçik yaş qrupundan olan iştirakçılar zərb muğamları ifa ediblər. Böyük yaş qrupundan olan iştirakçılar isə Süleyman Rüstəmin yaradıcılığına müraciət ediblər.