11.06.2022
İyunun 10-da Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar Kimyaçı Mədəniyyət Sarayında iməclik keçirilib.
Aparılan təmizlik işlərində Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, idarənin kollektivi, müəssisə rəhbərləri və mədəniyyət işçiləri iştirak ediblər. İməclik zamanı ağacların iynələri, qurumuş budaqları, xəzəl yarpaqları quru otlardan təmizlənib, mövcud ağacların dibi bellənib, ötən il əkilən ağaclara qulluq göstərilib və mədəniyyət evinin otaqları səliqəyə salınıb.