Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şuşam” adlı hesabat konserti baş tutub

10.06.2022

Qarabağın baş tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın işğal təqvimini Zəfər təqvimi ilə əvəz edərək, 2022-ci ili “Şuşa İli” elan edib. 

İyunun 10-da Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Abşeron rayon Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbi  2021-2022-ci tədris ilinin hesabat konsertini məhz “Şuşa İli”nə həsr edərək “Şuşam” adlı hesabat konserti keçirib.

Tədbirdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, müəssisə rəhbərləri, 44 günlük Vətən müharibəsi iştirakçıları və qaziləri iştirak edib.

Konsertdən öncə qonaqlar simli alətlərin müşayiəti ilə təsviri incəsənət şöbəsi şagirdlərinin rəsmlərindən ibarət sərgiyə baxış keçirib.  

Tədbirin bədii hissəsi Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini yad edərək başlayıb, məktəbin şagird və müəllimlərinin ifalarında rəngarəng musiqi nömrələri ilə davam edib.

 

Konsertin sonunda Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev iştirakçılara “Şuşa İli” çərçivəsində keçirilən tədbirin əhəmiyyətindən bəhs edərək, məktəbin müəllim və şagird heyyətini təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.