Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sumqayıt şəhərinin Tarixi Muzeyində “Hüquq bərabərliyi” mövzusunda seminar keçirilib

10.06.2022

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Sumqayıt şəhərinin Tarixi Muzeyində “18 may – 18 iyun İnsan hüquqları aylığı” çərçivəsində “Hüquq bərabərliyi” mövzusunda seminar keçirilib. Muzeyinin direktoru Aygün Zülfüqarlı seminarı giriş sözü ilə açaraq ölkəmizdə insan, vətəndaş hüquq və azadlıqlarının qorunması işinin davamlı olaraq təkmilləşdirilməsindən, bu sahədə məqsədyönlü tədbirlərin uğurla həyata keçirilməsindən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsindən bəhs edib. Hüquqşünas Ruslan Mustafazadə öz çıxışında Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsini ali məqsəd kimi qarşıya qoymuş, dövlətimizdə insan və vətəndaş hüquqlarının, azadlıqlarının uğurla həyata keçirilməsi istiqamətində görülən tədbirlərdən söz açıb. Sonda hüquqşünas seminar iştirakçıları tərəfindən səsləndirilən sualları cavablandırıb.