09.06.2022
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Qubadlı rayon Əbülfəz Mehdiyev adına Uşaq Musiqi Məktəbində “Şuşa ili” çərçivəsində “Əziz Şuşa, sən azadsan” adlı hesabat konserti keçirilib.
Hesabat konsertinə Qubadlı rayon İcra Hakimiyyətinin müavini Xoşqədəm Alıyeva, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəis müavini İlham Əhmədov və digər müəssisə rəhbərləri dəvət olunub. Konsertdə məktəbin şagird və müəllimlərinin ifalarında musiqi nömrələri səsləndirilib.
Sonda Xoşqədəm xanım və İlham müəllim öz çıxışlarında tədbir iştirakçılarını təbrik edib, onlara uğurlar arzulayıblar.