Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şuşa Dövlət Rəsm Qalereyası tərəfindən daimi sərgi salonu açılıb

08.06.2022

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Şuşa Dövlət Rəsm Qalereyası tərəfindən Kürdəxanı yeni yaşayış massivində yerləşən Quşçular kənd Uşaq Musiqi Məktəbinin binasında sərgi salonun açılışı münasibətilə tədbir keçirilib. Şuşa musiqi məktəblərinin direktorları və ictimai xadimlərinin iştirakı ilə keçirilən sərginin açılışında Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, rəis müavini İlham Əhmədov və Şuşa rayon üzrə baş məsləhətçi Bayram Cəfərli iştirak ediblər.

 

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev çıxış edərək Şuşanın tarixi abidələrini özündə əks etdirən qrafika və yağlı boya ilə çəkilən əsərlərin təqdirəlayiq olduğunu qeyd edib.

Sonda idarə rəisi belə sərgilərin yaxın zamanlarda Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada açılmasını arzulayıb.