Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xızıda “İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

07.06.2022

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ölkəmizdə hər il “18 may-18 iyun İnsan hüquqları aylığı” çərçivəsində silsilə tədbirlər həyata keçirilir.

İyunun 7-də Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Xızı rayon Heydər Əliyev Mərkəzində C.Cabbarlı adına Xızı rayon Mədəniyyət Mərkəzi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “İnsan və vətəndaş hüquqları” adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə Mədəniyyət Mərkəzi və Heydər Əliyev Mərkəzinin direktorları çıxış edərək iştirakçılara mövzu haqqında ətraflı məlumat veriblər. Onlar çıxışlarında qeyd ediblər ki, hər bir insanın yaşamaq, azadlıq, vətəndaşlıq kimi hüquqları vardır. Bu hüquqları bilmək və qorumaq hər bir insanın borcudur. Sonda tədbir iştirakçılarının mövzu ətrafında fikirləri dinlənilib.