Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şair Mikayıl Müşfiqin 114 illyinə həsr olunan tədbir keçirilib

05.06.2022

5 iyun tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli olan Xızı rayon Mikayıl Müşfiq muzeyində Azəbaycan ədəbiyyatının görkəmli siması, nəğməkar və nakam şair Mikayıl Müşfiqin anadan olmasının 114 illiyinə həsr olunan tədbir keçirilib. Tədbirdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, İdarənin Xızı rayonu üzrə nümayəndəsi baş məsləhətçi Mönsüm Bağırov, millət vəkili Müşfiq Məmmədli, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin məsul əməkdaşı Sənan Talıbov, Şöhrət ordenli şairə Ofeliya Babayeva, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy, Əməkdar jurnalist Qafar Əsgərzadə, Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq üzrə elmlər doktoru, musiqiçi Abbasqulu Nəcəfzadə, şairlər İbrahim İlyaslı, Nəcməddin Mürvətov, Ağasəfa, şair Nəbi Xəzrinin yadigarı Arzu Babayev və başqa ziyalılar, mədəniyyət işçiləri, mətbuat nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açıq elan edən Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev bütün tədbir iştirakçılarını ürəkdən salamlayaraq, Mikayıl Müşfiq yaradıcılığından, Xızı rayonun Sayadlar kəndində yerləşən muzeyin fondunun artırılmasından, gələcəkdə burada görülə biləcək işlərdən ətraflı bəhs edib. İdarə rəsi çıxışının sonunda sumqayıtlı peşəkar rəssamlar Tofiq Əhmədovun və Nigar Arifin birgə hazırladıqları “Xızı dağları” adlı rəsm əsərini Mikayıl Müşfiq muzeyinə hədiyyə edib. Daha sonra o, sözü şairə Ofeliya Babayeva verib. Ofeliya xanım öz nöbəsində Müşfiq işığına toplaşmış bütün müşfiqsevərləri salamalayıb. O, ənənə halını almış bu tədbirin Müşfiq yaradıcılığının təbliğində oynadığı böyük roldan və gənc şairlərə verdiyi situmuldan ətraflı söhbət açıb.

Millət vəkili Müşfiq Məmmədli, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin məsul əməkdaşı Sənan Talıbov, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy, Əməkdar jurnalist Qafar Əsgərzadə, Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq üzrə elmlər doktoru, musiqiçi Abbasqulu Nəcəfzadə və başqaları çıxış edərək, Müşfiq yaradıcılığının Azərbaycan ədəbiyyatında danılmaz rolundan bəhs edərək onun həyat və yaradıcılığı, faciəvi ölümü, şeirləri, şerlərinə bəstələnmiş musiqilərindən bəhs ediblər. Tədbirdə iştirak edən şair Ağasəfa Müşfiq yaradıcılığından bəhrələnərək yazdığı “Ömrün payız duaları” adlı kitabını Müşfiqin xatirə işığında toplaşanlara hədiyyə edib.

Daha sonra Mikayıl Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbinin şagirdlərinin ifasında Mikayıl Müşfiqin şeirlərindən ibarət ədəbi-bədii kompazisiya nümayiş edilib.

Tədbirin davamında şairə Ofeliya Babayeva naməlum rəssamın Müşfiqə həsr etdiyi  rəsm əsərini və rəssam Minayə Feyzullayevanın hazırladığı Müşfiqin ulu babasının portretini muzeyə hədiyyə edilib.

Tədbirin sonunda tədbir iştirakçıları nakam şairimiz Mikayıl Müşfiqin muzeyin qarşısında ucalan büstü önünə gül dəstələri düzüb, onun ruhuna dualar oxuyublar.