Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid ailələri və qazilər ziyarət edilib

31.05.2022

Sumqayıt Mədəniyyət İdarəsinin Xızı rayonu üzrə nümayəndəliyi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Xızı rayon Komitəsinin əməkdaşları rayonda yaşayan qazi və şəhid ailələrini ziyarət ediblər. Ziyarət zamanı şəhidlərimizin və qazilərimizin 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması istiqamətində göstərdikləri igidlik və qəhrəmanlıqlardan danışılıb, şəhid valideyinlərinin övladları haqqında xatirələri dinlənilib.

Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik!