27.05.2022
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli olan Zəngilan şəhər uşaq musiqi məktəbində hesabat konserti keçirilib. Konsertdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəis müavini İlham Əhmədov, Zəngilan rayon Nümayəndəliyinin baş məsləhətçisi Mehman Nəsirov, Yeni Azərbaycan Partiyasının Zəngilan rayon Təşkilatının sədri Natiq Quluzadə və valideynlər iştirak ediblər.
Konsertə vətənimizin azadlığı uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirələrini bir dəqiqəlik sükutla yad edərək başlanılıb. Konsertdə şagirdlərin ifasında C.Cahangirov “Yenilməz batalyon” k/f-dən mahnısı, Ü.Hacıbəyli “Cəngi”, “Baş dübeyti, T.Quliyev “Qaytağı, D.Şostakoviç “Şarmanka”, İohan Bramhs “Macar rəqsi”, Adil Gəray “Qaytağı”, “Kərəm gözəlləməsi”, E.Nəzirova “Prelüd” ,T.Quliyev “İlk Bahar”, “Qarabağ şikəstəsi” və digər musiqi nümunələri səsləndirilib.