Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Beynəlxalq müsabiqədə uşaq musiqi məktəbinin şagirdi növbəti uğura imza atıb

26.05.2022

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli olan Qubadlı rayon F.Hüseynov adına Mahmudlu kənd uşaq musiqi məktəbinin 2-ci sinif şagirdi Aylin Oleq qızı Talıbova Türkiyənin İstanbul şəhərində 19-22 may tarixlərində keçirilən müxtəlif yaş qruplarından olan pianoçuların iştirak etdiyi 16-cı “Pera Piano” beynəlxalq müsabiqəsində 8 yaşa qədər solo kateqoriyasında I yerə layiq görülüb.

Şagirdi müsabiqəyə müəllimi İradə Abdullayeva hazırlayıb.