24.05.2022
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli olan Zəngilan rayon Bartaz kənd uşaq musiqi məktəbində hesabat konserti keçirilib. Konsertdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəis müavini İlham Əhmədov, Zəngilan rayon Nümayəndəliyinin baş məsləhətçisi Mehman Nəsirov və Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli olan digər müəssisələrin əməkdaşları və valideynləri iştirak ediblər.
Konsert məktəbin xor kollektivinin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Konsertdə şagirdlərin ifasında dahi Üzeyir Hacıbəyovun “Çırpınırdı Qara Dəniz”, V.Motsartın “Türk marşı”, Üzeyir Hacıbəyovun “Arazbarı”, Rəşid Əfədiyevin “Qaytağı”, Nailə Mirməmmədlinin “Bu gözəl Vətən bizimdir”, aşıq havası “Baş müxəmməs”, ”Heyratı” zərb muğamı səsləndirilib.
Sonda Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəis müavini çıxış edərək, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2022-ci ilin Şuşa ili elan edilməsi haqqında danışıb və bununla bağlı çoxsaylı tədbirlərin keçirildiyini vurğulayıb.