23.05.2022
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli olan Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzinin Əli Kərim adına Poeziya Evində gənc yazıçı Gülnaz Nağızadənin növbəti kitabının – “Qordi düyünü” romanının təqdimat və imza günü keçirilib. Poeziya evinin direktoru, şair İbrahim İlyaslı tədbiri açıq elan edərək, iştirakçıları salamlayıb. Daha sonra o, Gülnaz Nağızadənin hələ məktəbli ikən qələmə aldığı “Xoşbəxtlik qapını döyür”, “Femidanın gözləri” əsərlərindən söz açıb və müəllifin yeni əsəri – “Qordi düyünü” romanı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonra çıxış üçün söz Azərbaycan Yazıçılar Birliyinin katibi, tanınmış yazıçı Elçin Hüseynbəyliyə verilib. Elçin Hüseynbəyli kitabın Masallı Gənclər Evində keçirilmiş təqdimatında da iştirak etdiyini, Gülnazın perspektivli bir gənc yazar olduğunu qeyd edibvə onun yeni əsərinin də aktual bir mövzunu əhatə etdiyini söyləyib.
Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, tanınmış şair-publisist Əkbər Qoşalı tədbir iştirakçılarına və Gülnaz Nağızadəyə komitənin sədri, millət vəkili Qənirə Paşayevanın salamlarını çatdırıb. Müəllifi yeni kitabının işıq üzü görməsi münasibəti ilə təbrik edib və ona yaradıcılıq hyatında əuğurlar diləyib.
Daha sonra Dünya Gənc Türk Yazarları Birlyinin başkanı, gənc şair İntiqam Yaşar Gülnaz Nağızadənin əsərlərini yüksək dəyərləndirdiyini deyib və onun DGTYB üzvlüyünə qəbul olunduğunu qeyd edərək, üzvlük vəsiqəsini gənc yazara təqdim edib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin şöbə müdiri Fərman Kazımzadə, Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşı Gülbahar Haqverdiyeva istedadlı bir yazar olduğunu söyləyib və ona yaradıcılıq uğurları diləyilər.
Tədbirdə iştirak edən millət vəkilləri Musa Qasımlı və Anar İsgəndərov Gülnaz Nağızadəni təbrik ediblər, onu gələcəyin böyük yazıçısı kimi görmək istədiklərini, eyni zamanda dövlət tərəfindən istedadlı gənc yazarlara olan diqqət və qayğıdan söz açıblar.
Tədbirdə iştirak edən Prezidentin fərdi təqaüdçüsü, şair Ofelya Babayeva, filologiya elmləri doktoru, şair Rafiq Yusifoğlu, AYB Sumqayıt bölməsinin məsləhətçisi, şair Xatirə Fərəclinin, AYB Qubadlı Regional Bölməsinin sədri Namiq Məna, AJB Sumqayıt bölməsinin sədri, şair Rafiq Oday, MİHİ Sumqayıt şəhər təşkilatının sədri Şahin Şəfiyev və başqaları gənc yazara yaradıcılıq uğurları diləyiblər.
Şair Fəxrəddin Teyyubun gənc yazarın istedadından duyğulanaraq ona həsr etdiyi şeiri söyləməsi və kitabın redaktoru Vaqif Yusiflinin roman haqqında ətraflı çıxışı tədbir iştirakçıları tərəfindən maraqla dinlənilib.
Bütün bu çıxışlardan sonra gənc yazıçının atası Nasir Nağıyevin səmimi çıxışı, qızı ilə qürur duyduğunu, onun bu istedadı ilə fəxr etməsini söyləməsi gurultulu alqışlarla müşayiət olunub.
Sonda gənc yazıçı tədbirin təşkilatçılarına, iştirakçılarına öz təşəkkürünü bildirib və oxucuların suallarını cavablandırıb.