Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Əziz Şuşa, biz qayıtmışıq” adlı tədbir keçirilib

21.05.2022

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli olan Zəngilan rayon Tarix Diyarşünaslıq Muzeyinin və Ağdam rayon Cabbar Qaryağdıoğlu adına 1 nömrəli uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə “Əziz Şuşa, biz qayıtmışıq” adlı tədbir keçirilib. Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra muzeyin bələdçisi Ofelya Almuradova mühazirə ilə çıxış edərək, Qarabağın tacı olan Şuşa şəhərinin yaranmasından bu günə qədər olan tarixi haqqında məlumat verib.

Musiqi məktəbinin şagirdlərinin ifasında “Şuşanın dağları”, “Mənim Azərbayanım”, “Şuşam” adlı mahnılar və şeirlər səslənib.

Sonda muzeyin direktoru Nərmin Fərəcli bu qalibiyyəti, zəfəri bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Azərbaycan Ordusuna sonsuz minnətdarlıq hissini bildirib.