20.05.2022
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli olan Xızı rayon C.Cabbarlı adına Mədəniyyət Mərkəzinin Şorabad qəsəbə Sənətkarlıq evində fəaliyyət göstərən rəsm kursunun şagirdləri daha bir uğura imza atıblar.
Təhsil Nazirliyinin əmri ilə məktəblilər arasında keçirilən "Könlüm keçir Qarabağdan" adlı üç mərhələdən (region, zona, respublika) ibarət respublika incəsənət festival-müsabiqəsinin nəticələrinə əsasən rəsm kursunun şagirdi Aylin Yarbala qızı Zeynallı 11-14 yaş qrupu rəsm nominasiyasında I yer, Fidan Teyyub qızı Babayeva isə 15-17 yaş qrupu üzrə rəsm nominasiyasında II yerə layiq görülüblər.
Qeyd edək ki, qaliblər Heydər Əliyev Fondunun xətti ilə may ayının 31-də Şuşa şəhərinə yola düşəcək və iyun ayının 1-də Şuşa şəhərində rəsmi mükafatlandırılacaqlar.
Şagirdləri müsabiqəyə kursun rəhbəri rəssam Ramin Allahverdiyev hazırlayıb.