20.05.2022
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli olan Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ə.Rəsulzadə adına Kitabxana filialının əməkdaşları şəhid Vüqar Şirinbalala oğlu Manafovun ailəsini ziyarət ediblər. Görüş zamanı şəhid anası oğlu haqqında xatirələrini bölüşüb, onun keçdiyi həyat yolundan danışıb. Daha sonra ölkə başçısına şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Torpaqlarımızın azadlığı uğrunda 2004-cü il 19 iyunda şəhidlik zirvəsinə ucalıb və Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.
Kitabxana işçiləri şəhidin ailəsinə vətənpərvər övlad yetişdirdiklərinə görə təşəkkür edib və hər zaman şəhid ailələrinin yanında olduqlarını bildiriblər.
Allah şəhidlərimizə rəhmət eləsin!