Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şuşa ili” ilə əlaqədar tədbir keçirilib

17.05.2022

S.Rüstəmov adına 3 nömrəli uşaq incəsənət məktəbi “Şuşa ili” ilə əlaqədar Sumqayıt Dövlət Dram Teatrında tədbir keçirib. Tədbirdə məktəbin müəllim və şagird kollektivi musiqi nömrələri ilə çıxış ediblər. Məktəbin müəllimləri Gülzar Fərəcova və Gülsurə Əsgərovanın ifasında “Qarabağ şikəstəsi”, Gülzar Fərəcova və Fəhmin Əhmədlinin ifasında A.Səmədzadənin “Azərbaycan” musiqiləri səsləndirilib. Şagirdlərdən Rövşanə Əliyevanın ifasında Ə.Məmmədovun “Mənim Azərbaycanım”, Fərid Abdullazadənin ifasında “Xudayar təsnifi”, Emin Sabitoğlunun ifasında P.Bülbüloğlunun “Qarabağım” musiqiləri və Nübar Kərimlinin ifasında “Bayraq” şeiri səsləndirilib. Fortepianoda Nigar Mustafayeva və tarda İlqar Əzizlinin ifasında F.Sücəddinovun “Vətən haqqında  ballada”, məktəbin qızlar xorunun ifasında “Şuşa süitası”, məktəbin vokal qrupunun ifasında M.Maqomayevin “Azərbaycan”, sazçalanlar ansamblının ifasında “Paşaköçdü havası”, skripkaçalanlar ansamblının müşayiəti ilə Taleh Rəsulovun ifasında V.Bağırzadənin “Sən əbədi bir ocaqsan” və digər musiqi nömrələri səslənib.

Tədbirdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov çıxış edərək, Şuşa şəhərinin xalqımız üçün müqəddəs məkan olduğunu və Şuşa qalibiyyətinin tariximizə Zəfər günü kimi həkk olunduğunu vurğulayıblar