Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zəngilan şəhər uşaq musiqi məktəbinin şagirdləri növbəti uğura imza atıb

12.05.2022

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Zəngilan şəhər uşaq musiqi məktəbinin saz şöbəsinin şagirdləri “Arts Olimpia" - Respublika dərəcəli İncəsənət və Rəqs Müsabiqəsində uğurlu çıxış ediblər.

Məktəbin 1-ci sinif şagirdi Sənan Xəqani oğlu Namazov 1-ci yerə, 3-cü sinif şagirdi Asim Azər oğlu Qəmbərov isə 2-ci yerə layiq görülüblər. Qaliblər diplom və medalla təltif olunub.

Uğurlar!