11.05.2022
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Qara Qarayev adına 1 nömrəli uşaq musiqi məktəbinin kollektivi Vətən müharibəsi şəhidi Aydın Nəriman oğlu Əliyevin ailəsini ziyarət edib. Müharibənin ilk günlərindən döyüşə qatılan şəhidimiz 7 noyabr 2020-ci il tarixində Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirən zaman ağır yaralanıb və hərbi tibb müəssisələrinin birində yerləşdirilib. 28 noyabrda xəstəxanada koma vəziyyətində olarkən dünyasını dəyişib. Şəhidimiz Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub. Aydın Əliyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərancamına əsasən “Vətən uğrunda”, ”Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, ”Füzulinin azad olunmasına görə”, ”Şuşanın azad olunmasına görə”, ”İgidliyə görə” medalları ilə təltif edilib.
Şəhidin atası şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə ilk öncə dövlət başçısına minnətdarlığını bildirib, daha sonra məktəbin kollektivinə öz təşəkkürünü bildirib.
Allah şəhidlərimizə rəhmət eləsin!