Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Unudulmaz Şəxsiyyət” adlı tədbir keçirilib

10.05.2022

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Zəngilan rayon Mədəniyyət evi və Zəngilan rayon Mincivan qəsəbə uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar “Unudulmaz Şəxsiyyət” adlı tədbir keçirlib.

 

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Nümayəndəliyin baş məsləhətçisi Mehman Nəsirov, YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə və məktəbin direktoru Şakir Kərimov ulu öndərin həyatı və siyasi fəaliyyəti haqqında geniş məlumat verdilər. Tədbirdə musiqiçilər tərəfindən ulu öndərə həsr olunan mahnılar ifa edilib.

Sonda Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.