Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

S.Rüstəmov adına uşaq incəsənət məktəbinin şagirdləri İncəsənət Olimpiadasında iştirak ediblər

10.05.2022

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Səid Rüstəmov adına 3 nömrəli uşaq incəsənət məktəbinin şagirdləri Bakı şəhərində keçirilən İncəsənət Olimpiadasında iştirak ediblər. Olimpiadada fortepiano şöbəsinin 1-ci sinif şagirdi Zəhra Qənbərli və 5-ci sinif şagirdi Fidan Sultanova I yerə, 6-cı sinif şagirdi Aysel Əlipaşayeva II yerə layiq görülərək medal və diplomla mükafatlandırılıblar. Şagirdləri olimpiadaya müəllimləri Esmira Cabbarova və Simnarə Şərifova hazırlayıb.